"Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib

Fevralın 12-də "Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib.

Konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyinin, Agentliyin struktur bölmə rəhbərləri, digər dövlət qurumlarının nümayəndələri və müəssisə rəhbərləri iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd məktəbdənkənar təhsilin əhəmiyyətini vurğulamaq, bu sahədə mövcud və beynəlxalq çağırışları müzakirə etmək, onların həlli yollarını araşdırmaq, yerli təcrübələrin mübadiləsini təmin etmək və gələcək perspektivləri müəyyənləşdirməkdir.

Konfrans öz işinə rəsmi hissə ilə start verib, daha sonra panel müzakirələrlə davam etdirilib.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#MÜTDA #EduAz #MəktəbdənkənarTəhsil #Konfrans #İdman #Yaradıcılıq